Əfsanə Ançelottinin təklifinə belə cavab verdi: Harvardda təhsil almışam
Bizi izləyin

İdman

Əfsanə Ançelottinin təklifinə belə cavab verdi: Harvardda təhsil almışam

“Real” və “Milan”nın sabiq ulduzu Rikardo Kaka Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin məşqçi heyətinə qoşulmağa dəvət alması ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

Publika.az xəbər verir ki, 43 yaşlı əfsanə sabiq məşqçisi ilə çalışmağa hazır olduğunu bildirib:

“Əgər yığma hesab etsə ki, mən kömək edə bilərəm, bu işə hazıram. 2017-ci ildə futbolçu karyeramı başa vurandan sonra təhsil almışam. Harvardda idman biznesi kursunu, UEFA-nın idman menecmenti proqramını və Braziliya Futbol Konfederasiyasının məşqçilik kursunu bitirmişəm. Üç dünya çempionatında iştirak etmişəm, milli komandada 15 ildən çox oynamışam. Əgər imkan yaranarsa, geri qayıtmağa hazıram”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm