Çimərlikdən başlayan eşq hekayəsi: Bu gözəl onun həyatını görün necə dəyişib - FOTOLAR
Bizi izləyin

İdman

Çimərlikdən başlayan eşq hekayəsi: Bu gözəl onun həyatını görün necə dəyişib - FOTOLAR

Françesko Açerbi Çempionlar Liqasının yarımfinalında keçirilən “İnter” – “Barselona” duelinin əsas qəhrəmanlarından biri oldu.

Publika.az xəbər verir ki, məhz italyan müdafiəçi cavab görüşünün əlavə vaxtında hesabı bərabərləşdirərək oyunu əlavə vaxta daşıdı. “Over taym”da isə Milan klubu qələbə qolunu vurub Avropanın bir nörməli klub turnirinin finalına yüksəldi.

Açerbi həmin qolu həyat yoldaşı Klaudiya Skarpariyə həsr etdi. Gəlin onunla tanış olaq.

Klaudiya 1987-ci il iyulun 7-də anadan olub. Yayda 38 yaşı tamam olacaq və o, Françeskodan yarım il böyükdür. Klaudiya hüquq təhsili alıb və uzun illər vəkil kimi fəaliyyət göstərib.

Cütlük 2020-ci ildə çimərlikdə tanış olub. “Bəli, çimərlikdə! Çesko heç bir qeyri-adi hərəkət etmirdi. O, sadəcə özü idi: gülərüz, səmimi bir oğlan. Məni də bu cəlb etdi. İlk görüşdən sonra artıq ondan bir an belə ayrılmaq istəmədim”, – deyə Klaudiya bildirib.

Həmin vaxt Açerbi “Latsio”da çıxış edirdi və Romada yaşayırdı. 2022-ci ilin yayında ona Səudiyyə Ərəbistanından yüksək maaşlı müqavilə təklif olundu, lakin Klaudiya onu Yaxın Şərqə getməkdən çəkindirərək “İnter”ə keçməsini tövsiyə etdi.

2021-ci ilin avqustunda onların Viktoriya adlı qızları dünyaya gəldi. 2023-cü ildə isə ailəyə ikinci övlad, Nala adlı qızları qoşuldu.

Bu ilin yanvarında isə Çesko və Klaudiya ailə həyatı qurdular. “Balam, sən möhtəşəmsən. Sənin həyatının bir parçası olmaq mənim üçün şərəfdir. Toy daha güclü bir birliyin başlanğıcıdır, əbədi birlik üçün atılan addımdır. Hər zaman sənin yanında olacağam və səni daim sevəcəyəm!” — deyə Françesko sosial şəbəkələrdə paylaşım edib.

Bir sözlə, 2025-ci il 37 yaşlı Françesko Açerbi üçün olduqca uğurlu alındı. O, bu günləri heç vaxt unutmayacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm