İdman
ÇL-nin finalında Nikolo Barellaya azarkeşlik edəcək gözəl - FOTOLAR

Nikolo Barella “İnter”in oyun sistemindəki əsas fiqurlardan biridir. Milan təmsilçisinin Çempionlar Liqasının finalına yüksəlməsindən sonra bəzi italiyalı ekspertlər artıq bu yarımmüdafiəçiyə “Qızıl top”un verilməli olduğunu düşünürlər.
Publika.az xəbər verir ki, bu fikirdə olanlar təkcə futbol adamları deyil. Onlardan biri Federika Şivenindir, Barellanın həyat yoldaşı.
Federika martın 19-da 35 yaşını qeyd edib və Nikolodan 7 yaş böyükdür. Hər ikisi Sardiniya adasının paytaxtı Kalqaridəndir. Şəhərin əhalisi cəmi 150 min nəfərdir.
Cütlük 2015-ci ildən bir yerdədir. O vaxt Barella hələ 18 yaşına yenicə çatmışdı və doğma klubu “Kalqari”nin əsas heyətinə düşə bilmirdi. Lakin 2018-ci ilin oktyabrında o, Ukrayna ilə yoldaşlıq oyununda İtaliya millisində debüt etdi. Həm də yeni, evli statusunda.
Federika və Nikolo 2018-ci il iyulun 2-də ailə qurublar. Toy mərasimi Villa d’Orri adlanan məkanda baş tutub. Cütlüyün üç övladı - Rebekka, Laviniya və Matilda adlı qızları var.
Beləliklə, Çempionlar Liqasının Münhendə keçiriləcək finalında Nikolonun azarkeş tribunasında azı dörd xanımı olacaq.
Yeri gəlmişkən, Federikanın “Instagram” səhifəsində digər futbolçu həyat yoldaşları kimi çimərliklərdən, restoranlardan və dəbdəbəli yerlərdən fotolar görmək çətindir. Onun paylaşdığı şəkillər yalnız ailəsi ilə - həyat yoldaşı və qızları ilə bağlıdır.

-
Yaxın Şərq17:00
İsrail qoşunlarını Qəzza zolağından çıxardı: bu ölkələrlə sərhədə gətirdi
-
Dünya15:20
Ərdoğan Putin və Pezeşkianla danışdı, bu təklifi irəli sürdü
-
Magazin214:04
Milyarder Aleks Soros və Huma Abedin evləndi: Qonaqlar arasında görün kimlər olub - FOTOLAR
-
İdman13:53
Dünyanı şoka salan azərbaycanlı şahmatçı sensasiyalı qələbəsindən danışdı: Etiraf edim ki...
-
Region13:38
Ermənistan çıxılmaz vəziyyətdə: Yükləri İranda ilişib qaldı
-
Avropa13:08
Tarixdə ilk: Britaniya kəşfiyyatına gürcü qadın rəhbərlik edəcək
-
Sosial11:58
Ekspert üsyan etdi: Bu sistem gənclərə hansı dəyərləri ötürüb?
-
Region10:50
Pezeşkian Azərbaycana müraciət etdi: İsraili dayandırın