AFFA Gənclər Liqasının qalibi bu klub oldu
Bizi izləyin

İdman

AFFA Gənclər Liqasının qalibi bu klub oldu

AFFA Gənclər Liqasının qalibi müəyyənləşib.

Publika.az xəbər verir ki, çempionun adına XXXVI turda aydınlıq gəlib.

“Sabah”ın U-19 komandası bu tur səfərdə “Zirə” ilə üz-üzə gəlib.

Binə qəsəbə stadionunda keçirilən matç birincilərin böyükhesablı qələbəsi ilə nəticələnib – 4:0.

"Sabah"ın qollarını Stefen Ende (2), Anar Hüseynov və Anar Cəbiyev vurublar.

Bu qələbə ilə xallarının sayını 89-a çatdıran komanda mövsümün bitməsinə 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm