UEFA "Tottenhem"dən üzr istədi
Bizi izləyin

İdman

UEFA "Tottenhem"dən üzr istədi

UEFA, Avropa Liqasının finalında "Tottenhem"in qələbəsindən sonra keçirilən mükafatlandırma mərasimində medalların çatışmaması ilə bağlı açıqlama yayıb.

Publika.az xəbər verir ki, Avropanın ali futbol qurumu İngiltərə klubundan üzr istəyib.

"Təəssüf hissi ilə bildiririk ki, mükafatlandırma mərasimində medalların sayı oyunçu sayına görə gözlənilməz şəkildə fərqləndiyindən çatışmazlıq yaşanıb. Mərasimdə zədəli futbolçular da daxil olmaqla, ilkin planlaşdırılandan daha çox komanda üzvü iştirak edib. Əskik medallar dərhal qalib komandaya, paltardəyişmə otağında çatdırılıb və bu məsələyə görə səmimi üzrümüz təqdim olunub".

UEFA iddia edir ki, mərasim zamanı gözləniləndən daha çox futbolçunun mükafatlandırılmaq üçün meydana çıxması bu problemi yaradıb. Amma bəzi mənbələr isə qızıl medalların qurumun əməkdaşları tərəfindən mənimsənildiyini iddia edib.

Qeyd edək ki, final qarşılaşmasında London təmsilçisi "Mançester Yunayted" üzərində 1:0 hesablı qələbə qazanaraq turnirin qalibi olub. Lakin komandanın kapitanı Son Hın Min və daha iki futbolçu mərasim zamanı medal ala bilməyib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm