İngiltərənin heyəti: Tuxel bu nəhəngdən futbolçu çağırmadı
Bizi izləyin

İdman

İngiltərənin heyəti: Tuxel bu nəhəngdən futbolçu çağırmadı

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Avro-2028-in seçmə mərhələsində Andorraya qarşı keçiriləcək oyuna və Seneqalla baş tutacaq yoldaşlıq görüşünə çağırılan futbolçuların siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, yığmada "Mançester Yunayted"in heç bir futbolçusunun yer almaması diqqət çəkib.

Heyətə dəvət olunan "Mançester Siti", "Çelsi", "Real", "Atletiko" və "Bayern" klublarının oyunçuları ABŞ-da start götürəcək klublararası dünya çempionatında da iştirak edəcəklər. Bu səbəbdən onların millinin düşərgəsini vaxtından əvvəl tərk etməsi mümkündür.

İngiltərə millisi Andorra ilə səfər oyununu iyunun 7-də keçirəcək. Seneqalla yoldaşlıq görüşü isə 3 gün sonra baş tutacaq və bu qarşılaşma "Nottingem Forest"in "Siti Qraund" stadionunda oynanılacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm