İdman
Messinin uşaqları belə tərbiyə edilir: Heç kimdən üstün olmadıqlarını bilmələri vacibdir - FOTOLAR

Lionel Messinin həyat yoldaşı Antonella Rokkutso Meksikanın "Vogue" jurnalının üz qabığında yer alıb.
Publika.az xəbər verir ki, o, nəşrə müsahibəsində hisslərindən, ailəsindən, köklərindən və bu gün onun üçün ən vacib olan dəyərlərdən danışıb.
Son illərdə Antonella UNİCEF kimi bir sıra xeyriyyə təşkilatlarının səfiri kimi çıxış edib və uşaqlara qarşı xüsusi həssaslıq göstərdiyini bildirib. 2023-cü ildə o, Argentinada yoxsulluq və uşaq hüquqlarının pozulması ilə mübarizə aparan UNİCEF kampaniyasını dəstəkləyib.
O etiraf edib ki, xeyriyyəçilikdə daha çox pərdəarxası dəstək göstərməyi üstün tutur, çünki bununla bağlı məqsədi heç vaxt diqqət çəkmək olmayıb: “İstəyirəm ki, övladlarım düzgün dəyərlərlə böyüsünlər, insanlara hörmət etsinlər, hər şeyin qədrini bilsinlər. Onlar başa düşməlidirlər ki, biz heç kimdən üstün deyilik və valideynlərimizin bizə aşıladığı dəyərləri onlara ötürməyə çalışırıq”.
Sosial şəbəkələr və şəxsi imici barədə danışan Antonella bunları vurğulayıb: “Sosial media ilə bağlı çox məsuliyyətli davranmaq lazımdır, çünki bu, ciddi problemdir. Mən nə paylaşdığım və nə göstərdiyimə görə böyük məsuliyyət hiss edirəm. Bu platformalar təhlükəlidir. Bir çox qız və oğlan idollarına baxır və özlərini onlarla müqayisə edirlər. Ona görə də paylaşım zamanı ehtiyatlı və məsuliyyətli davranıram”.
Antonella həmçinin həyat yoldaşı Lionel Messidən aldığı böyük dəstəkdən bəhs edib: “İndi Leo tez-tez mənə yoldaşlıq edir. Mən hər şey barədə onunla məsləhətləşirəm, o da mənimlə məsləhətləşir”.
Heybət

-
Yaxın Şərq17:00
İsrail qoşunlarını Qəzza zolağından çıxardı: bu ölkələrlə sərhədə gətirdi
-
Dünya15:20
Ərdoğan Putin və Pezeşkianla danışdı, bu təklifi irəli sürdü
-
Magazin214:04
Milyarder Aleks Soros və Huma Abedin evləndi: Qonaqlar arasında görün kimlər olub - FOTOLAR
-
İdman13:53
Dünyanı şoka salan azərbaycanlı şahmatçı sensasiyalı qələbəsindən danışdı: Etiraf edim ki...
-
Region13:38
Ermənistan çıxılmaz vəziyyətdə: Yükləri İranda ilişib qaldı
-
Avropa13:08
Tarixdə ilk: Britaniya kəşfiyyatına gürcü qadın rəhbərlik edəcək
-
Sosial11:58
Ekspert üsyan etdi: Bu sistem gənclərə hansı dəyərləri ötürüb?
-
Region10:50
Pezeşkian Azərbaycana müraciət etdi: İsraili dayandırın