İdman
Azərbaycan tarixində hələ belə final olmamışdı
Azərbaycan kubokunun 2024/25 mövsümünün finalında 5 qol vurulub.
Publika.az xəbər verir ki, “Sabah”ın “Qarabağ”a əlavə vaxtda 3:2 hesabı ilə qalib gəldiyi matç turnirin tarixinə düşüb. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bu görüş əsas və əlavə vaxtında ən çox qol vurulan final oyunu olub. 1992-ci ildən keçirilən kubokun əvvəlki həlledici qarşılaşmalarında bu qədər qol vurulmayıb.
Bunadək ən məhsuldar finalda 4 qol qeydə alınıb. 2014/15 mövsümündə “Qarabağ” “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, ümumilikdə 31 finalda 62 qol vurulub.
Heybət
-
Digər11:18Qatar partladıldı - 20-ə yaxın ölən var(VİDEO)
-
Digər11:09Zorladığı uşağın başını kəsdi - Dəhşətli cinayətin təfərrüatları(FOTOLAR)
-
MDB10:50Kiyevə hücum zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəydi
-
Region10:33Axalkalaki-Qars dəmir yolu fəaliyyətə başladı - Paşinyan Türkiyəyə təşəkkür etdi
-
Digər10:13Karnidən Rusiyaya çağırış: "Təcavüzkar müharibəni dərhal dayandırın!"
-
Hadisə09:28Cəlilabadda zəlzələ oldu
-
Region08:00Türkiyədə güclü zəlzələ oldu
-
İdman06:46Mbappe Əşrəflə bağlı ifadə verdi



































