Laporta ulduz futbolçunun "Barsa"ya transferində tərəddüd edir: Səbəbi nədir?
Bizi izləyin

İdman

Laporta ulduz futbolçunun "Barsa"ya transferində tərəddüd edir: Səbəbi nədir?

"Barselona"nın prezidenti Xuan Laporta "Atletik" klubunun ispaniyalı cinah hücumçusu Niko Uilyamsın mümkün transferi ilə bağlı tərəddüdlər yaşayır.

Publika.az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Laporta ötən yay katalonların təklifini rədd etdiyi üçün Uilyamsın onun qürurunu zədələdiyini düşünür. Buna görə də klub rəhbəri hesab edir ki, transfer prosesində ilk addımı "Barsa" deyil, Nikonun agenti atmalıdır.

Həmçinin qeyd olunur ki, Laporta komandanın daxilində daha peşəkar mühit formalaşdırmaq istəyir və Nikonun transferinin soyunub-geyinmə otağında həddindən artıq dostcasına ab-hava yaradacağından ehtiyat edir.

Hazırda "Barselona" üçün prioritet transfer hədəfi "Liverpul"un kolumbiyalı cinah oyunçusu Luis Diasdır.

Avropa çempionu Uilyamsın "Atletik"lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Klub səviyyəsində ümumilikdə 167 oyuna çıxan futbolçu 31 qol vurub və 30 məhsuldar ötürmə verib. "Transfermarkt" portalı onu 70 milyon avro dəyərində qiymətləndirir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm