Onun göndərdiyi bu hədiyyə Messini təəccübləndirdi - FOTOFAKT
Bizi izləyin

İdman

Onun göndərdiyi bu hədiyyə Messini təəccübləndirdi - FOTOFAKT

"İnter Mayami"nin kapitanı Lionel Messi həmyerlisi, Formula-1-də "Alpine" komandasının sürücüsü olan Franko Kolapintodan hədiyyə alıb.

Publika.az xəbər verir ki, Messi Kolapintonun bu jestindən təəccüblənib. Gənc argentinalı pilot ona keçən mövsüm Formula-2-də istifadə etdiyi dəbilqələrdən birini hədiyyə edib. Bu, Kolapintonun Messiyə olan heyranlığının ifadəsi və turnirdə uğur gətirəcək talisman kimi təqdim olunub.

Kolapinto sosial şəbəkədə paylaşdığı fotoda Messinin əlində dəbilqəni gülümsəyərək tutduğu görünür. Dəbilqənin kənarında argentinalı pilotun belə bir mesajı yer alıb: "Bu qədər əyləncə və bütün dərslər üçün təşəkkür edirəm. Uğurlar!"

Bu, iki idmançının bir-birinə dəstək nümayiş etdirdiyi ilk hal deyil. 2024-cü ilin əvvəlində Messi Franko Kolapintoya Argentina millisinin imzalanmış məşq formasını göndərmişdi. Hədiyyə gənc pilotun Formula-2-də ilk qələbəsindən əvvəl ona çatmışdı.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm