İdman
Nazir UFC-də döyüşəcək idmançılarla görüşdü - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları – Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev ilə görüşüb.
Publika.az xəbər verir ki, nazir iyunun 21-də keçiriləcək döyüşlərdə idmançılarımıza uğurlar arzulayıb. Onlar isə öz növbəsində yarışlara hazırlıqları barədə məlumat veriblər.
Xatırladaq ki, iyunun 21-də Azərbaycanda ilk dəfə UFC döyüş gecəsi keçiriləcək. Bütün dünyanın diqqət mərkəzində olacaq tədbirdə ölkəmizi 3 idmançı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcəklər. Bu, həm də Tofiqin UFC-də debütü olacaq.


-
Magazin122:00
Günayın yeni imici ilə göz qamaşdırdı - FOTO
-
Region21:50
İranda ölümcül infeksiya sürətlə yayılır
-
Dünya21:30
61 yaşlı kişi MRT-nin içinə sovuruldu
-
Rəsmi xronika20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ
-
Rəsmi xronika19:55
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
-
Rəsmi xronika19:45
Prezident süni intellektdən istifadə edir? - ÖZÜ DANIŞDI
-
Cənubi Qafqaz19:00
Paşinyan Pezeşkianı Ermənistana dəvət etdi, Azərbaycanla...
-
Nida Xəbər 18:12
“Heydər Əliyev bu günü görsəydi, oğluna nə deyərdi?” sualına Prezidentdən CAVAB