"Sabah"ın hər iki rəqibi müəyyənləşdi - YENİLƏNDİ
Bizi izləyin

İdman

"Sabah"ın hər iki rəqibi müəyyənləşdi - YENİLƏNDİ

"Sabah"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Publika.az xəbər verir ki, təmsilçimiz UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Çelye"yə (Sloveniya) məğlub olacağı təqdirdə "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə görüşəcək.

***

Bu gün UEFA-nın İsveçrədəki mənzil qərargahında avrokubokların püşkatma mərasimi keçirilir.

Publika.az xəbər verir ki, Çempionlar Liqası ilə yanaşı, Avropa Liqası və Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılır.

Azərbaycan kubokunun qalibi olan və Avropa Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq "Sabah"ın da hər iki turnirdəki rəqibi bəlli olur.

Paytaxt təmsilçisi “Çelye”ni (Sloveniya) keçərsə, 2-ci mərhələdə AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.Qeyd edək ki, Avropa Liqası və Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24 və 31-də keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm