İdman
Tayson Fyurinin yerini əmisi oğlu tutmaq istəyir

Məşqçi Piter Fyuri deyib ki, oğlu Hyu ağır çəkidə dünya çempionu titulu uğrunda yeni döyüşə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “Boxingnewsonline” yazır.
30 yaşlı Fyuri iyunun 28-də belçikalı Maykl Pirotonla rinqə çıxacaq.
Hyu Fyuri (30-3, 17 KO) xəstəlik səbəbindən üç illik fasilədən sonra 14 ay ərzində beşinci dəfə döyüşəcək.
2017-ci ilin sentyabrında Taysonun əmisi oğlu Mançester Arenada WBO çempionu Cozef Parkerə uduzmuşçdu.
“Ağır çəkidə dünya çempionu titulunu əldə etməyimə heç nə mane ola bilməz – mən titula doğru gedirəm”, – Fyuri deyir.
Onun atası-məşqçisi də əmindir ki, Hyu ağır çəkidə dünya çempionu olacaq.
Bundan əvvəl Tayson Fyurinin həmyerlisi Entoni Coşua ilə döyüşə ilkin razılıq verdiyi bildirilirdi.

-
Dünya16:30
Ərdoğan danışdı, xanımı ağladı - VİDEO
-
Avropa16:00
Təsadüfən seçilməyən tarix: Serbiyada “konteyner inqilabı”
-
Nida Xəbər 15:55
Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...
-
Elm və təhsil15:50
Dünyanın "ölüm tarixi" müəyyənləşdi: Daha tez gələcək
-
MDB15:40
Rusiyada işçi tapılmır, hökumət geri çəkildi: Miqrantlarla bağlı bu tələb yüngülləşdirilir
-
Region15:24
İntihara cəhd edən Rijvadze Türkiyəyə aparıldı
-
İqtisadi gündəm15:18
Pensiya alanların nəzərinə: iyulun 22-də...
-
İqtisadi gündəm15:00
Manatın sabitliyi: Hansı risklər var?