İdman
PSJ-yə qarşı məhkəmə işini uddu: Bu qədər kompensasiya alacaq

Adrien Rabo PSJ-yə qarşı məhkəmə çəkişməsində qalib gəlib.
Publika.az xəbər verir ki, futbolçu ilə əvvəlki müqavilələrin şərtlərinə yenidən baxıldıqdan sonra klubun Rabioya 1,3 milyon avro ödəməsinə qərar verilib.
Rabio 2012-2019-cu illərdə PSJ-də çıxış edib. Hazırda “Marsel” də çıxış edən fransalı yarımmüdafiəçi rəhbərliklə münaqişə səbəbindən 2018-ci ildə parislilərin məşqindən və oyunlarından uzaqlaşdırılıb. 2019-cu ildə futbolçu klubu məhkəməyə verib.
Paris Apellyasiya Məhkəməsi oyunçunun PSJ ilə müqavilələrinin avtomatik olaraq itirilmiş əmək haqqı, istifadə olunmamış tətillər və müqavilənin pozulmasına görə kompensasiya ilə nəticələnən daimi əmək müqaviləsi (CDI) hesab edilməsinə qərar verib.
“Bu, vacib qərardır. Klubu futbolçunu özbaşına və ədalətsiz cəzalandırmasına görə cəzadır. Adrien səbəbsiz cəzalandırıldı – bu sanksiya qərarı ümumiyyətlə qəbul edilməməli idi”, – futbolçunun vəkili Romual Palao AFP-yə deyib.

-
Dünya16:30
Ərdoğan danışdı, xanımı ağladı - VİDEO
-
Avropa16:00
Təsadüfən seçilməyən tarix: Serbiyada “konteyner inqilabı”
-
Nida Xəbər 15:55
Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...
-
Elm və təhsil15:50
Dünyanın "ölüm tarixi" müəyyənləşdi: Daha tez gələcək
-
MDB15:40
Rusiyada işçi tapılmır, hökumət geri çəkildi: Miqrantlarla bağlı bu tələb yüngülləşdirilir
-
Region15:24
İntihara cəhd edən Rijvadze Türkiyəyə aparıldı
-
İqtisadi gündəm15:18
Pensiya alanların nəzərinə: iyulun 22-də...
-
İqtisadi gündəm15:00
Manatın sabitliyi: Hansı risklər var?