Ronaldo Portuqaliyanı şoka saldı: Görün Jota dəfn edilərkən harada olub
Bizi izləyin

İdman

Ronaldo Portuqaliyanı şoka saldı: Görün Jota dəfn edilərkən harada olub

“Əl Nəsr”in super ulduzu Kriştiano Ronaldonun “Liverpul”un hücumçusu Dioqo Jota və onun qardaşı Andre Silvanın dəfn mərasimində iştirak etməməsi doğma Portuqaliyada şoka səbəb olub.

Publika.az “Daily Mail”ə istinadən bildirir ki, Portuqaliyada çoxları hesab edirdi ki, Ronaldo heç bir şəraitdə dəfn mərasimini qaçırmayacaq.

Lakin Mayorka mətbuatının məlumatına görə, 40 yaşlı futbolçu həmin vaxt 88 metrlik yaxtası “Azimut Grande”də istirahət edərkən görüntülənib.

“Daily Mail” portuqaliyalı jurnalist Antonio Ribeiro Kristovanın sözlərini sitat gətirib: “O, Portuqaliya millisinin kapitanıdır. Çoxları onun gələcəyini gözləyirdi”.

Qeyd edək ki, qəzada dünyasını dəyişən futbolçuların dəfn mərasimində Bernardo Silva, Dioqo Dalo, Fabinyo və başqaları iştirak edib. Üstəlik, Joao Kanselo və Ruben Neves kimi bəziləri Klublararası Dünya Çempionatından birbaşa dəfn mərasiminə gəliblər.

Daha əvvəl məlumat yayılmışdı ki, “Əl Nəsr”in forvardı dəfn mərasimində görünməsinin medianın diqqətinə səbəb olacağını düşünərək bu addımı atıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm