Köhnə xəstəlik: yenə hakimə təzyiq olundu, maşınının nömrəsi oğurlandı
Bizi izləyin

İdman

Köhnə xəstəlik: yenə hakimə təzyiq olundu, maşınının nömrəsi oğurlandı

Azərbaycan Premyer Liqasının 17-ci turunda keçirilən "Sumqayıt" - "Qəbələ" oyununun baş hakimi Rəhim Həsənov təzyiqlə üzləşib.

Publika.az xəbər verir ki, oyunun son dəqiqələrində meydan sahiblərinin qapısına penalti təyin edən hakim klub rəhbərliyinin və azarkeşlərin təzyiqinə tuş gəlib.

Final fitindən sonra "Sumqayıt"ın ehtiyat oyunçuları, məşqçilər korpusunun üzvləri və klub prezidenti Kamran Quliyev hakimlər briqadasının üzərinə hücum çəkib. Yalnız polislərin müdaxiləsindən sonra hakimlər paltardəyişmə otağına daxil ola biliblər. Azarkeşlər isə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndiriblər.

Stadionu tərk etmək istəyən Rəhim Həsənov daha bir xoşagəlməz situasiya ilə üzləşib. Məlum olub ki, stadiona şəxsi avtomobiliylə gələn hakimin maşınının arxa nömrəsi oğurlanıb. Polislər oğrunu axtarsalar da, tapa bilməyiblər. Maraqlıdı ki, maşının saxlandığı ərazidə klubun mühafizə xidmətinin əməkdaşları da olub. Onlar hətta oyunun gedişində də əraziyə nəzarət ediblər. Mühafizəçilərin gözü qarşısında maşının nömrəsinin oğurlanması təəccüb doğurur. Bunu klub rəhbərliyinin hakimə qarşı təxribatı kimi də izah etmək olar. Rəhim Həsənov Bakıya maşının arxa nömrəsi olmadan qayıdıb.

Bir az əvvəl əldə etdiyimiz xəbərə görə, Həsənovun maşınının nömrəsi tapılaraq, özünə qaytarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm