Liverpulda dramatik sonluq, Almaniya və Fransa “qış yuxusu”na getdi
Bizi izləyin

İdman

Liverpulda dramatik sonluq, Almaniya və Fransa “qış yuxusu”na getdi

Ötən həftə sonu “böyük beşlik” çempionatlarında növbəti turun oyunları keçirilib. Almaniya və Fransada birinci dövrə başa çatıb. İngiltərədə “boksinq dey”in gərgin keçəcəyini indidən söyləmək olar. İspaniyada ciddi bir şey baş verməyib. İtaliyada isə iki Milan - Roma qarşılaşması baş tutub.

Almanlar “qış yuxusu”na getdi

Bundesliqada birinci dövrəyə yekun vuruldu. “Bavariya” qış fasiləsinə “payız çempionu” kimi yollandı. Amma 17-ci turda “Maynts”la oyunu münhenlilər mövsümün sonuna kimi unutmayacaq.

“Karnavalçılar” mövsümə əla startdan sonra 8 oyun qələbəyə həsrət qaldı və təhlükəli zonaya yuvarlandı. Belə vəziyyətdə onların “Bavariya”nı incidəcəyini düşünmək yersiz olardı. Amma Kasper Hyulmandın yetirmələri meydana sanki “ölmək” üçün çıxmışdı. Almaniya çempionunu təəccübləndirməyi bacaran “Maynts” bir xalı son dəqiqələrdə itiridi. Hamı matçın heç-heçə bitəcəyini düşündüyü vaxtda Robben səhnəyə çıxdı. Birinci dövrəni 45 xalla başa vuran Qvardiolanın komandası növbəti rekorda imza atdı.

Dortmund “Borussiya”sının başına gələnləri bir cümləylə belə xarakterizə etmək olar: bu gündən sabaha etibar yoxdu. Ötən mövsüm həm Bundesliqada, həm də Çempionlar Liqasında ən maraqlı komandalardan sayılan “sarı-qaralar” indi can verir. Mövsümün əvvəlində çoxları bunu “qəza” adlandırırdı. Turlar keçdikcə “təsadüf” deyənlərin sayı artdı. Amma indi vəziyyət kritikdi və bu həqiqətdi: “Borussiya” birinci dövrəni autsayder kimi (17-ci pillədə) başa vurdu.

Təbii ki, 2015-ci ildə əsas məqsəd “Borussiya”nın nüfuzunun bərpası olacaq. Hamını düşündürən sual isə belədi: Bu vəziyyət komandanın Çempionlar Liqasındakı çıxışına təsir edəcəkmi?

Almaniya Bundesliqası, 17-ci tur

19 dekabr

Maynts - Bavariya 1:2

Soto, 21 - Şvaynştayger, 24. Robben, 90.

20 dekabr

Auqsburq - Borussiya M 2:1

Foylner, 21. Bobadilla, 51 - Kruze, 2-p.

Bayer L - Antraxt F 1:1

Bellarabi, 83 - Meyer, 37-p.

Şalke - Hamburq 0:0

Ştutqart - Paderborn 0:0

Verder - Borussiya D 2:1

Selke, 2. Bartels, 62 - Hummels, 69.

Volfsburq - Köln 2:1

Dost, 16. Naldo, 78 - Maroh, 11.

21 dekabr

Herta - Hoffenhaym 0:5

Bruks,23-a/q. Salihoviç, 26-p; 39. Şipplok, 75. Rudi, 84.

Frayburq - Hannover 2:2

Frants, 45. Kempf, 81 - Bittenkurt, 83. Xoselu, 93.

Bu nə qarşılaşma, bu nə həyəcan idi?

İngiltərə Premyer Liqasının 17-ci turunun mərkəzi oyunu “Enfild Roud”da baş tutdu. Bu nə qarşılaşma, bu nə həyəcan idi? Bəri başdan deyək ki, əsas hadisələr hər iki hissənin sonlarında cərəyan edib. Fasilə ərəfəsində hərəyə bir qol vuran “Liverpul” və “Arsenal” ikinci hissədə də qalibi müəyyənləşdirə bilməyib. 52-ci dəqiqədə Şkrtelin Jiruyla mübarizədə başından xəsarət alması, əsas vaxta 9 dəqiqə artırılması, əlavə vaxtın 2-ci dəqiqəsində “Liverpul”un meydanda 10 nəfərlə qalması və... həlledici qolu məhz Şkrtelin vurması bu oyunun əsas məqamları oldu.

“Mançester Yunayted”in azlıqda qalan “Aston Villa”yla xalları yarı bölməsi gözlənilməz oldu. Van Qal komandanın əvvəlki nüfuzunu qaytarmağa nail olub. Ardıcıl 6 qələbədən sonra Birmingemdə itirilən xallara görə holland mütəxəssisi qınamağa dəyməz. Əsas odu ki, MY “boksinq dey”ə kimi super forma yığa bilib.

“Sautqempton” 4 oyunluq məğlubiyyət seriyasını “Everton” üzərində böyükhesablı qələbəylə qırdı.

İngiltərə Premyer Liqası, 17-ci tur

20 dekabr

Mançester S - Kristal Pelas 3:0

David Silva, 49; 61. Yaya Ture, 80.

Aston Villa - Mançester Y 1:1

Benteke, 18 - Falkao, 53.

Hall S - Suonsi 0:1

Sunq-Yunq, 15.

KPR - Vest Bromviç 3:2

Ostin, 24-p; 48; 86 - Leskott, 10. Varela, 20.

Sautqempton - Everton 3:0

Lukaku, 38-a/q. Pelle, 65. Yoşida, 82.

Tottenhem - Bernli 2:1

Keyn, 21. Lamela, 35 - Barners, 27.

Vest Hem - Lester 2:0

Kerrol, 24. Dauninq, 56.

21dekabr

Nyukasl - Sanderlend 0:1

Conson, 90.

Liverpul - Arsenal 2:2

Koutinyo, 45. Şkrtel, 97 - Debüşi, 47. Jiru, 65.

“Stok Siti” - “Çelsi” oyunu bu gün keçiriləcək.

“Kral”ın yoxluğundan istifadə etdilər

İspaniya La Liqasında 16-cı turun oyunları keçirilib.

"Real" - "Sevilya" matçı madridlilərin klublararası dünya çempionatında iştirak etməsi səbəbiylə 2015-ci il fevralın 4-nə təxirə salınıb. Bundan istifadə edən liderlər qrupunun digər üzvləri turu qələbəylə başa vurub.

La Liqa, 16-cı tur

19 dekabr

Selta - Almeriya 0:1

Hemed, 17.

20 dekabr

Barselona - Kordoba 5:0

Pedro, 2. Suares, 53. Pike, 80. Messi, 82; 91.

Levante - Real Sosyedad 1:1

İvanşits, 93 - Kanales, 48.

Eybar - Valensiya 0:1

Alkaser, 31.

Rayo Valyekano - Espanyol 1:3

Baptistao, 45 - Serxio Qarsiya, 9; 95. Lukas Vaskes, 76.

21 dekabr

Vilyarreal - Deportivo 3:0

Dos Santos, 11. Vietto, 68; 72.

Qranada - Xetafe 1:1

Kordoba, 41 - Velaskes, 78.

Elçe - Malaqa 1:2

Lomban, 46 - Kamaço, 49. Luis Alberto, 77.

Atletik B - Atletiko M 1:4

Mikel Riko, 17 - Qriezman, 46; 73; 81. Raul Qarsiya, 53-p.

Roma - Milan qaşıdurmasında qalib olmadı

İtaliya A seriyasında 16-cı turun oyunları keçirilib.

Turun ilk oyun günündə iki matç baş tutub. "Napoli" "Parma"nı, "Yuventus" isə "Kalyari"ni çətinlik çəkmədən məğlub edib.

Bu turda baş tutan hər iki Roma - Milan qarşıdurmasında (Roma - Milan 0:0 və İnter - Latsio 2:2) qalib müəyyənləşməyib.

A seriyası, 16-cı tur

18 dekabr

Kalyari - Yuventus 1:3

Rossettini, 65 - Tevez, 3. Vidal, 15. Llorente, 51.

Napoli - Parma 2:0

Zapata, 19. Mertens, 30-p.

20 dekabr

Sassuolo - Çezena 1:1

Zaza, 76-p - Ze Eduardo, 94.

Roma - Milan 0:0

21 dekabr

Verona - Kyevo 0:1

Paloşi, 81.

Atalanta - Palermo 3:3

Denis, 40-p; 76. Morales, 55 - Riqoni, 5. Dibala, 16. Vaskes, 46.

Fiorentina - Empoli 1:1

Varqas, 45 - Tonelli, 57.

Sampdoriya - Udineze 2:2

Obianq, 15. Qabbiadini, 60 - Qeyjo, 31. Danilo, 33.

Torino - Cenoa 2:1

Qlik, 52; 63 - Falke, 42.

İnter - Latsio 2:2

Kovaçiç, 66. Palasio, 80 - Anderson, 2; 37.

Fransada da birinci dövrə bitdi

Fransa çempionatında da birinci dövrəyə yekun vurulub. 19-cu turun oyunları üç gündə keçirilib.

Liderlər qrupunda ciddi dəyişiklik qeydə alınıb. Liqa-1-in son qalibi PSJ dogma divarlar arasında “Monpelye”nin müqavimətini qıra bilməyib. Bu fürsətdən istifadə edən "Marsel" "Lill" üzərində 2:1 hesabıyla qələbə qazanaraq, liderlik mövqeyini möhkəmlədib.

Turun son oyununda “Bordo”nu səfərdə darmadağın edən “Lion” isə turnir cədvəlində PSJ-ni qabaqlayaraq, 2-ci pilləyə yüksəlib.

Fransa Liqa 1, 19-cu tur

19 dekabr

Lans - Nitsa 2:0

Çiprien, 38. Kulibali, 86.

20 dekabr

PSJ - Monpelye 0:0

Kan - Bastiya 1:1

Feret, 75 - Kamano, 21.

Loryan - Nant 1:2

Ayyu, 73 - Bammu, 44. Odel, 79.

Mets - Monako 0:1

Fereyra-Karrasko, 79.

Renn - Reyms 1:3

Mekser, 45 - Şarbonyer, 66. Fortes, 76. De Preville, 91.

Tuluza - Genqam 1:1

Dumbia, 26 - Qiresse, 8.

21 dekabr

Marsel - Lill 2:1

Rouks, 31-a/q. Baçuay, 69 - İdrissa, 61.

Sent-Etyen - Evyan 3:0

Qradel, 2. Van Volfsvinkel, 20. Hamouma, 64.

Bordo - Lion 0:5

Lakazette, 39; 90. Tolisso, 56. Fekir, 81; 85.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm