“Antalyaspor” “Qalatasaray”a “ilişdi”
Bizi izləyin

İdman

“Antalyaspor” “Qalatasaray”a “ilişdi”

“Antalyaspor” “Qalatasaray”a “ilişdi”

Türkiyə Kubokunda VI turun oyunları keçirilir. Publika.az xəbər verir ki, "Qalatasaray" "Antalyaspor"u qəbul edib.

Son dövrlər həm kubokda, həm Super Liqada uğurlu çıxış edən və böyük hesablı qələbələr qazanan "Cim-Bom" bu dəfə rəqibinin müqavimətini qıra bilməyib. Nəticədə oyun 0:0 hesabı ilə başa çatıb.

Son turun oyunlarından sonra qruplarda ilk iki pilləni tutan və yarımfinalda qarşılaşacaq komandalar müəyyənləşib. A qrupunun birincisi "Bursaspor"la B qrupunun ikincisi "Qalatasaray" üz-üzə gələcək.

Digər qarşılaşma isə B qrupunun birincisi "Antalyaspor"la A qrupunun ikincisi "Eskişəhərspor" arasında keçiriləcək.

Qeyd edək ki, A qrupunda mübarizə hələ başa çatmayıb. Belə ki, bu gün millimizin üzvü Ali Gökdemirin forma geyindiyi "Elazığspor" "Tokatspor"u qəbul edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm