Ərəblər "Real"ın ulduzu üçün 350 milyon ödəməyə hazırdırlar: Bu Vinisius deyil
Bizi izləyin

İdman

Ərəblər "Real"ın ulduzu üçün 350 milyon ödəməyə hazırdırlar: Bu Vinisius deyil

Səudiyyə Ərəbistanı klubu Kilian Mbappe üçün 350 milyon avroluq tarixi transfer təklifi etməyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

Bu, daha əvvəl Vinisius Juniora təklif edilən 300 milyondan da çoxdur. Məqsəd liqanın imicini gücləndirmək üçün superulduz transfer etməkdir.

Hücumçunun maaşı "Əl-Nəsr"də çıxış edən Kriştiano Ronaldonun müqaviləsinə yaxın ola bilərdi. "Real"ın cavabı konkret olub: Mbappe satılmır.

Florentino Peres onu yalnız qələbələrin deyil, həm də klubun qlobal brendinin açarı hesab edir. Futbolçunun özü də getmək istəmir. O, “Real”la kuboklar qazanmağa və 2026-cı dünya çempionatına hazırlaşmağa fokuslanıb. Səudiyyə Ərəbistanına köçməyi isə vaxtsız hesab edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm