İdman
Haaland milyonluq avtomobil kolleksiyasına daha birini əlavə etdi - FOTO
“Mançester Siti”nin norveçli ulduzu Erlinq Haalandın eksklüziv avtomobillərə olan sevgisi yenidən azarkeşlərin diqqətini çəkib.
Publika.az xəbər verir ki, 25 yaşlı hücumçu “Etihad”ın məşq bazasını təxminən 200 min funt sterlinq dəyərində olan yeni güclü “Ford Shelby F-150” pikapının sükanı arxasında tərk edərkən görüntülənib.
Bu “monstr” pikap 5 litrlik V8 mühərriki ilə təchiz olunub və 0-dan 60 mil/saat sürətə cəmi 3,4 saniyəyə çata bilir. Model “Ford F-150” bazasında yaradılıb, lakin “Shelby American” tərəfindən edilən dərin tüninq nəticəsində onu mühəndislik sənətinin əsl nümunəsinə çevirib.
“Ford Shelby F-150” məhdud sayda istehsal olunan, illik cəmi bir neçə yüz ədəd buraxılan seriyadır ki, bu da onu kolleksiya dəyəri olan unikal avtomobilə çevirir. Bundan əlavə, pikap 5 tona qədər yük çəkmək gücünə malikdir və lüks, sürət, həm də praktiklik xüsusiyyətlərini birləşdirir.
Xatırladaq ki, Haalandın artıq dəyəri bir neçə milyon funt olan avtomobil parkı var. O, mart ayında 4 milyon funt sterlinqə nadir “Bugatti Tourbillon” alıb. May ayında isə norveçli futbolçunun 320 min funt sterlinq dəyərində parlaq sarı “Ferrari 812 Superfast” aldığı bildirilmişdi.
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları













.jpg)




.jpg)







.jpg)

.jpg)







