Lənkəranda “yarpaq tökümü” başladı
Bizi izləyin

İdman

Lənkəranda “yarpaq tökümü” başladı

Dünən keçirilən iclasdan sonra "Xəzər Lənkəran”da “yarpaq tökümü” başlayıb.

Publika.az xəbər verir ki, rəhbərlik bir neçə futbolçuyla yollarını ayırmaq qərarına gəlib. Bunlar millimizin üzvləri Rauf Əliyev, Əfran İsmayılov və Rəşad Sadiqovdu. Elnur Abdullayev artıq cənub klubundan ayrılıb.

Hər 3 futbolçu ilə müqavilə qarşılıqlı razılaşma ilə pozulacaq. Vanderson Skarduelli ilə Adrian Skarlatakenin də komandadan gedəcəyi gözlənilir.

“Xəzər Lənkəran” yanvarın 6-da Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına gedəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm