Ulduz futbolçunun əmisi öldürüldü- FOTOLAR
Bizi izləyin

İdman

Ulduz futbolçunun əmisi öldürüldü- FOTOLAR

Ulduz futbolçunun əmisi öldürüldü

Argentinaın Rosario şəhərində qətl hadisəsi törədilib. 60 yaşlı Xorxe Lavessi avtomobilinin sükanı arxasında ölü vəziyyətdə tapılıb.

Publika.Az xəbər verir ki, mərhumun PSJ-nin şərəfini qoruyan Esekyel Lavessinin əmisi olduğundan, bu hadisə bir anda Argentinanın gündəmini zəbt edib. Müstəntiq ölümün yaxın məsafədən açılan atəş nəticəsində gerçəkləşdiyini açıqlayıb.

Hələ qətlin motivi məlum deyil. Argentina mətbuatı Xorxenin maşınının Rosario bölgəsindəki bir ərazidə tapıldığını açıqlayıb.

Polisin ilkin versiyasına görə, soyğunçular Xorxenin müqavimətinə cavab olaraq onu öldrüb.Qonşuları da ölən şəxsin Lavessinin əmisi olduğunu təsdiqləyib.

Qeyd edək ki, Xorxe Lavesinin öldürüldüyü bölgə Messi, Martino kimi ünlü futbolçuların doğulduğu yer kimi tanınır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm