27 yaşlı bağça müəlliməsi pedofillikdə ittiham olunur
Bizi izləyin

İdman

27 yaşlı bağça müəlliməsi pedofillikdə ittiham olunur

Futbolun yaşayan əfsanələrindən biri Ronaldo Luis Nazario de Limanın 14 yaşlı oğlu Ronaldın hərəkəti mətbuatın gündəmini zəbt edib.

Publika.az xəbər verir ki, “Fenomen”in oğlunun 27 yaşlı xanımla olan münasibəti Braziliyada qalmaqal yaradıb. Ronaldın 14 yaşı olmasına baxmayaraq, boyu 185 sm-dir. O, gecə klublarının birində di-cey kimi fəaliyyət göstərir.

Məhz sözügedən gecə klubunda Ronald 27 yaşlı bağça müəlliməsi Lu Bernardi ilə öpüşərkən kameralara tuş gəlib. Amma bağça müəlliməsinin 18 yaşdan aşağı yeniyetmə ilə münasibət qurması ona baha başa gəlib. O, yetkinlik yaşına çatmamış birinə qarşı zorakılıqda günahlandırılır.

Bernardi günahkar olmadığını bildirib. Lakin onun özünü müdafiə üçün dediyi sözlər işə yaramır: "And içirəm ki, Ronaldın yaşının az olduğunu bilmirdim. O, gecə klubunda hamıdan hündürboy idi. Axı necə 185 sm hündürlüyündə olan birinin 14 yaşı olduğunu düşünə bilərdim?

Ronaldın özü mənə yalan danışdı. Mənə 14 yox, 18 yaşının olduğunu dedi. And içirəm ki, yaşından şübhələnməmişdim. Nitqi də sərbəst, yaxşıydı. Yetkinlik yaşına çatmayan birinə də oxşamırdı".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm