Müdhiş fırıldaq-yaşını 24 il azaltdı - FOTO
Bizi izləyin

İdman

Müdhiş fırıldaq-yaşını 24 il azaltdı - FOTO

Müdhiş fırıldaq-yaşını 24 il azaltdı

Dünyanın idman mətbuatı İtaliya futbolundakı müdhiş fırıldağı müzakirə edir.

Publika.az xəbər verir ki, "Latsio"nun yeni transferi Jozef Minala yaşının düzgün olmadığını açıqlayıb. Müqavilə imzalayarkən rəsmi olaraq onun 17 yaşı olduğu qeyd edilsə də, Minalanın hazırda 41 yaşda olduğu deyilir. Hətta futbolçunun adından yayılan etiraf da sosial şəbəkələri zəbt edib:

"Мənim yaşım 17 deyil. Təcili olaraq müqavilə imzalayıb, Afrikada qalan ailəmə pul göndərmək lazım idi. Avqustda 42 yaşım tamam olacaq. Ümid edirəm ki, "Latsio"da qalacam".

Məsələyə futbolçunun özü və “Latsio” rəsmiləri də münasibət bildiriblər. Futbolçu onun adından yayılan fikirlərin saxta olduğunu bəyan edib: “Bu, tamamilə cəfəngiyatdı. Mənim nüfuzuma zərər vurublar, məhkəməyə müraciət etmək hüququmdan yararlanacam”.

“Latsio” rəsmiləri də bəyanatla çıxış edərək, futbolçunun doğum tarixinin düzgün olduğunu bildiriblər. Öz növbəsində, klub rəhbərliyi də bu məlumatı yayan saytı məhkəməyə verəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm