Çempionlar Liqası: "Sabah" əsas mərhələnin ilk oyununda uduzdu
Bizi izləyin

İdman

Çempionlar Liqası: "Sabah" əsas mərhələnin ilk oyununda uduzdu

"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi ilk oyunda uduzub.

Publika.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Çexiyada "Nimburk"a məğlub olub.

B qrupu çərçivəsində gerçəkləşən qarşılaşma rəqibin 93:65 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Sabah" ikinci oyununu oktyabrın 15-də Bakıda "Alba"ya (Almaniya) qarşı keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm