Balotellidən "Qalatasaray"a mesaj
Bizi izləyin

İdman

Balotellidən "Qalatasaray"a mesaj

Balotellidən "Qalatasaray"a mesaj

“Milan”ın ulduz futbolçusu Mario Balotelli “Qalatasaray”ı çalışdıran keçmiş baş məşqçisi Roberto Mançini ilə bağlı maraqlı fikirlər səsləndirib.

Publika.Az xəbər verir ki, “Four Four Two” jurnalına açıqlama verən futbolçu Mançini ilə yenidən çalışa biləcəyini deyib:

“Mançininin hazırda Türkiyədə çalışdığından xəbərim var. Onu həm insan, həm də məşqçi olaraq sevirəm. Aramızda bəzi anlaşmazlıqlar oldu, amma burada səhv heç nə yoxdur. Belə hallar ola bilər. Həmişə bir-birinizi sevə bilməzsiniz.

Həyat belə deyil. Onun hadisələri böyük problemə çevirən biri olduğunu düşünmürəm. Təbii ki, onunla yenidən çalışmaq istərdim. Niyə də olmasın?”.

Qeyd edək ki, ötən gün İtaliya və Türkiyə mətbuatında Balotellinin “Qalatasaray”a keçə biləcəyi barədə məlumatlar yayılmışdı.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm