Qrizmann əfsanələrin sırasına qoşuldu
Bizi izləyin

İdman

Qrizmann əfsanələrin sırasına qoşuldu

“Atletiko”nun hücumçusu Antuan Qrizmann La Liqanın 11-ci turunda “Sevilya”ya qarşı keçirilən oyunda (3:0) qol vurub.

Publika.az xəbər verir ki, bununla futbolçunun İspaniya çempionatındakı karyerasında vurduğu qolların sayı 200-ə çatıb. Qrizmann La Liqa tarixində bu göstəriciyə çatan 11-ci oyunçu olub.

Fransalı hücumçuya qədər 200 qol həddini yalnız beş legioner keçib: Alfred Di Stefano (Argentina, 227 qol), Uqo Sançes (Meksika, 234), Karim Benzema (Fransa, 238), Kriştiano Ronaldo (Portuqaliya, 311) və Lionel Messi (Argentina, 474).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm