İdman
"Turan Tovuz"dan Premyer Liqada növbəti qələbə
"Turan Tovuz" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Publika.az xəbər verir ki, bölgə təmsilçisi X turda "Şamaxı" ilə üz-üzə gəlib.
Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib.
Komandanın qollarını 45+2-ci dəqiqədə Roberto Olabe, 49-cu dəqiqədə Joarlem Santos vurub.
Qonaqlardan 45-ci dəqiqədə Rikardo Apolinario penaltidən fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Turan Tovuz" birinci pillədə qərarlaşıb. "Şamaxı" 10 xalla doqquzuncu sıradadır.
Günün ikinci matçında "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edəcək.
Qeyd edək ki, tura noyabrın 3-də "Sabah" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Qarabağ" "İmişli"ni (2:0), "Zirə" "Karvan-Yevlax"ı (3:2), "Neftçi" "Kəpəz"i (5:1) məğlub edib.
-
Mistika01:11Yaponlar bu səbəbdən soyuducunun üstünə sikkə qoyurlar
-
Magazin200:30“Türkiyənin Avroviziyaya qatılmaması yanlışdır”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, böyük çevrilişlərin başlanğıcı ola bilər
-
Art2 Noyabr 22:48Amerikalıdır, gədəbəylilər kimi saz çalır - VİDEO
-
Səhiyyə2 Noyabr 22:24Hansı qidalar dişləri daha çox ləkələyir? - Stomatoloq AÇIQLADI
-
İdman2 Noyabr 21:00Ronaldo şübhəli penalti vurdu, ARA QARIŞDI - VİDEO
-
ABŞ2 Noyabr 20:12Qızıl "Amerika" unitazı satışa çıxarılır - ŞOK QİYMƏT / VİDEO
-
Dünya2 Noyabr 19:36Ölülər Günündə bu şəhərin merini GÜLLƏLƏYİB ÖLDÜRDÜLƏR


































