PSJ onu "Bayern"dən "oğurlamaq" istəyir
Bizi izləyin

İdman

PSJ onu "Bayern"dən "oğurlamaq" istəyir

PSJ “Bayern”in müdafiəçisi Dayot Upamekanonun müqavilə vəziyyətini izləyir.

Publika.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Münhen klubu 27 yaşlı fransız futbolçu ilə mövcud sözləşmənin müddətinin uzadılması barədə danışıqlar aparır. Upamekanonun hazırkı anlaşması 2026-cı ilin iyununa qədər qüvvədədir.

Əgər futbolçu “Bayern”lə yeni müqavilə imzalamasa, Paris klubu onunla danışıqlara başlamağa hazırdır. Bu halda keçid 2026-cı ilin yayında pulsuz reallaşacaq.

Qeyd edək ki, bu mövsüm Upamekano bütün turnirlərdə 15 oyunda çıxış edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm