İdman
Oğrular ondan əl çəkmir: "Çelsi"nin futbolçusu yenə qarət olundu
"Çelsi"nin "ulduzu sönmüş" futbolçusu Rahim Sterlinq qarət olunub.
Publika.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Hadisə onun Berkşirdəki evində baş verib. Quldurlar mənzilə daxil olanda futbolçunun ailə üzvləri orada olub.
“Bu, məxfilik və təhlükəsizliyin ciddi şəkildə pozulmasıdır, lakin ailə üzvlərinin salamat qalmasına görə minnətdarıq. Bu çətin zamanda Rahimin və ailəsinin məxfiliyinə hörmətlə yanaşmağınızı xahiş edirik”, - deyə Sterlinqin nümayəndəsi bildirib.
Qeyd edək ki, bu, Rahimin evində baş verən ikinci qarət hadisəsidir. Birinci hadisə 2022-ci ildə, o, Qətərdə keçirilən dünya çempionatında olarkən yaşanmışdı.
Bu mövsüm hücumçu hələ meydana çıxmayıb. Keçən mövsümü “Arsenal”da icarə əsasında keçirən Sterlinq hazırda “Çelsi”nin əsas komandası ilə deyil, fərdi şəkildə məşq edir. Yayda klub onu sata bilmədiyi üçün bu vəziyyət yaranıb.
Heybət
-
Sosial16:43Bu müavinətlərin ümumi məbləği artırılır
-
Sosial15:30Bu şəxslərə leytenant hərbi rütbəsi veriləcək
-
Rəsmi xronika14:43İlham Əliyev yeni icra başçılarını qəbul etdi - FOTO
-
Nida Xəbər 14:11Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
-
Rəsmi xronika13:48Prezident Kürdəmirə yeni icra başçısı təyin etdi
-
MDB13:27Rusiyanın üç mərhələdən ibarət yeni PLANI: Ukrayna nəzarətə belə götürüləcək
-
Rəsmi xronika13:13Bu icra hakimiyyətinə yeni başçı təyin edildi
-
Rəsmi xronika12:56Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi o oldu


























.jpg)






.jpg)

.jpg)


