İdman
Prezident DÇ-2026-nın açılış oyununa getməyəcək: Görün biletini kimə verəcək
Meksika prezidenti futbol üzrə dünya çempionatının açılış oyununa qatılmayacaq.
Publika.az xəbər verir ki, Klaudiya Şeinbaum öz imtiyazlı yerini bir azarkeşə təqdim edəcək. Bu barədə "Reuters" məlumat yayıb.
FİFA prezidenti Canni İnfantinonun avqustda Meksikaya səfəri zamanı Şeinbaum bildirmişdi ki, həmin biletdən istifadə etməyəcək. İndi isə o, nömrəsi 00001 olan bileti bir azarkeşə vermək qərarına gəlib.
“Mən qərar verdim. Açılış mərasiminə olan biletimi futbolu sevən, lakin bu tədbirdə iştirak etmək imkanı olmayan bir qıza və ya gənc qadına verəcəyəm”, – deyə Şeinbaum bildirib.
Prezident xatırladıb ki, Meksika paytaxtı 1970 və 1986-cı illərdə də dünya çempionatının açılış oyunlarına ev sahibliyi edib. Beləliklə, “Asteka” stadionu tarixdə üç dəfə açılış oyununa ev sahibliyi edən yeganə arena olacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatının açılış oyunu 11 iyun tarixində Mexikoda keçiriləcək. Turnirin ev sahibləri arasında Meksika ilə yanaşı, ABŞ və Kanada da var.
Heybət
-
Sosial15:30Bu şəxslərə leytenant hərbi rütbəsi veriləcək
-
Rəsmi xronika14:43İlham Əliyev yeni icra başçılarını qəbul etdi - FOTO
-
Nida Xəbər 14:11Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
-
Rəsmi xronika13:48Prezident Kürdəmirə yeni icra başçısı təyin etdi
-
MDB13:27Rusiyanın üç mərhələdən ibarət yeni PLANI: Ukrayna nəzarətə belə götürüləcək
-
Rəsmi xronika13:13Bu icra hakimiyyətinə yeni başçı təyin edildi
-
Rəsmi xronika12:56Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi o oldu
-
Magazin212:48Milyarderin həyat yoldaşı yubiley gecəsinə ÇILPAQ GƏLDİ - FOTOLAR











.jpg)













.jpg)







.jpg)

.jpg)


