İdman
Ulduz futbolçu təcili xəstəxanaya yerləşdirildi: Səbəb nədir?
“Çelsi”nin və Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Oskar hazırda çıxış etdiyi “San-Paulo” klubunun bazasında baş vermiş narahatedici hadisədən sonra təcili şəkildə reanimasiyaya yerləşdirilib.
Publika.az ESPN-ə istinadən xəbər verir ki, noyabrın 11-də planlı tibbi test zamanı 34 yaşlı futbolçu velotrenajorda məşq edərkən başgicəllənmə hiss edib və bir neçə dəqiqəlik huşunu itirib.
Klubun tibbi heyəti dərhal müdaxilə edib. Müayinələr zamanı futbolçunun ürək fəaliyyətində dəyişikliklər aşkar olunub. Oskar dərhal xəstəxanaya aparılıb və orada MRT daxil olmaqla əlavə analizlərdən keçirilib.
“San-Paulo” klubunun rəsmi açıqlamasında bildirilib: “Futbolçu dərhal xəstəxanaya aparılıb, hazırda vəziyyəti stabildir və diaqnozu dəqiqləşdirmək üçün əlavə testlər aparıldığı müddətdə həkim nəzarəti altında qalır”.
Daha sonra klub prezidenti Xulio Kasares Oskarla danışdığını qeyd edib: "İlkin nəticələr müsbətdir, lakin futbolçunun tam diaqnoz üçün əlavə tibbi qiymətləndirməyə ehtiyacı var".
Oskar 2012-2017-ci illərdə “Çelsi”nin heyətində çıxış edib. O, Çində uzun müddət oynadıqdan sonra 2025-ci ildə doğma klubu “San-Paulo”ya qayıdıb.
Heybət
-
Sosial15:30Bu şəxslərə leytenant hərbi rütbəsi veriləcək
-
Rəsmi xronika14:43İlham Əliyev yeni icra başçılarını qəbul etdi - FOTO
-
Nida Xəbər 14:11Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
-
Rəsmi xronika13:48Prezident Kürdəmirə yeni icra başçısı təyin etdi
-
MDB13:27Rusiyanın üç mərhələdən ibarət yeni PLANI: Ukrayna nəzarətə belə götürüləcək
-
Rəsmi xronika13:13Bu icra hakimiyyətinə yeni başçı təyin edildi
-
Rəsmi xronika12:56Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi o oldu
-
Magazin212:48Milyarderin həyat yoldaşı yubiley gecəsinə ÇILPAQ GƏLDİ - FOTOLAR










.jpg)















.jpg)







.jpg)

.jpg)


