İdman
FİFA futbolçularla bağlı qaydaları dəyişəcək? - Görüş oldu
FİFA qarşıdakı bir neçə il ərzində futbolçuların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı addımlar atacaq.
Publika.az xəbər verir ki, bununla əlaqəli ideyalar dünya futbol rəhbərliyi və bir neçə oyunçu həmkarlar ittifaqları arasında keçirilən görüşdə müzakirə olunub. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Mərakeşdə keçirilən iclas zamanı futbolçuların iş şəraitinə dair bir sıra əsas təşəbbüslər qəbul edilib. Bunlar oyunlar arasında ən azı 72 saatlıq istirahətin təmin edilməsi, mövsümlərarası fasilədə minimum 21 günlük istirahət dövrün yaradılması və həftədə bir istirahət günü şərait yaradılmasıdır.
Bundan əlavə, uzaq səfərlər və futbolçuların qarşılaşdığı iqlim şəraiti ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyi də vurğulanıb. Bu məsələlər gələcəkdə digər maraqlı tərəflərlə birgə daha ətraflı müzakirə ediləcək.
Görüş zamanı həmçinin bildirilib ki, FİFA maliyyə çətinlikləri səbəbindən klublarından maaş ala bilməyən peşəkar futbolçular üçün maliyyə dəstək fondu yaradacaq.
Heybət
-
Sağlamlıq18:00Gündə on min addım, iki litr su: Mütəxəssisdən mühüm tövsiyə
-
Sosial16:43Bu müavinətlərin ümumi məbləği artırılır
-
Sosial15:30Bu şəxslərə leytenant hərbi rütbəsi veriləcək
-
Rəsmi xronika14:43İlham Əliyev yeni icra başçılarını qəbul etdi - FOTO
-
Nida Xəbər 14:11Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
-
Rəsmi xronika13:48Prezident Kürdəmirə yeni icra başçısı təyin etdi
-
MDB13:27Rusiyanın üç mərhələdən ibarət yeni PLANI: Ukrayna nəzarətə belə götürüləcək
-
Rəsmi xronika13:13Bu icra hakimiyyətinə yeni başçı təyin edildi


























.jpg)






.jpg)

.jpg)


