İdman
“Real”da gərginlik: Mbappe rəhbərlikdən onun satılmasını istədi
“Real”da iki ulduz arasında gərginlik yaranıb.
Publika.az xəbər verir ki, söhbət Kilian Mbappe və Vinisius Juniordan gedir. Nəticədə fransalı futbolçu klub rəhbərliyindən braziliyalı komanda yoldaşının satılmasını xahiş edib. Bu barədə "El Nacional" məlumat yayıb.
Fransalı hücumçu artıq bu təkliflə Florentino Peresə müraciət edib. O, braziliyalı futbolçunun qalmaqallı davranışlarının klubun nüfuzuna mənfi təsir etdiyini qeyd edib.
Bundan əlavə, Mbappe Vinisiusun Erlinq Halandla əvəzlənməsini istəyir və özü hücumun sol cinahında oynamağı planlaşdırır. Bu isə Vinisiusun ən rahat oynadığı mövqedir.
Qeyd edək ki, bu mövsüm braziliyalı vinger bütün turnirlərdə 16 oyunda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə verib. Fransalı ulduz isə eyni sayda oyunda daha məhsuldar olub - 18 qol və 2 assist.
Heybət
-
Nəqliyyat18:30Bakıda axşam tıxacı: Bu yollar keçilməz oldu
-
Ekologiya18:20Baş nazir qərar imzaladı: 2035-ci ilə qədər...
-
Sağlamlıq18:00Gündə on min addım, iki litr su: Mütəxəssisdən mühüm tövsiyə
-
Sosial16:43Bu müavinətlərin ümumi məbləği artırılır
-
Sosial15:30Bu şəxslərə leytenant hərbi rütbəsi veriləcək
-
Rəsmi xronika14:43İlham Əliyev yeni icra başçılarını qəbul etdi - FOTO
-
Nida Xəbər 14:11Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
-
Rəsmi xronika13:48Prezident Kürdəmirə yeni icra başçısı təyin etdi












.png)












.jpg)





.jpg)

.jpg)


