İdman
Mbappe Bakıya rekordlarla gəlir
"Real" və Fransa millisinin hücumçusu Kilian Mbappe Ukraynaya qarşı keçirilən 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyununda (4:0) dubla imza atıb.
Publika.az xəbər verir ki, Mbappe 1991-ci ildən bəri yığmada ardıcıl altı oyunda qol vurmağı bacaran ilk futbolçu olub. Bu göstəriciyə son dəfə 34 il əvvəl Jan-Pyer Papen nail olmuşdu (ardıcıl 7 oyun). Bu barədə Fransa millisinin mətbuat xidməti məlumat yayıb.
Mbappe bundan əvvəl İspaniya (4:5), Almaniya (2:0), Ukrayna (2:0), İslandiya (2:1) və Azərbaycanla (3:0) oyunlarda bir dəfə fərqlənmişdi.
Ukrayna ilə görüşdəki dubl Mbappe üçün başqa bir tarixi nəticə də gətirib. O, klub və milli komanda səviyyəsində bütün turnirlərdə vurduğu qolların sayını 400-ə çatdırıb.
Beləliklə, 26 yaşlı Mbappe futbol tarixində bu göstəriciyə çatan ən gənc ikinci oyunçu olub. Ondan daha tez bu həddi yalnız əfsanəvi Pele fəth etmişdi. Mbappe həm də 27 yaşına çatmadan 400 qol vuran cəmi iki futbolçudan biridir.
Fransa millisində Mbappenin hesabında artıq 55 qol var və o, Olivye Jirunun rekorduna (57 qol) yaxınlaşıb. Futbolçunun klub karyerasında vurduğu qollar belə bölünür: "Monako"da 27 qol, "Real"da 62 qol və PSJ-də 256 qol.
Qeyd edək ki, Fransa millisi növbəti görüşünü noyabrın 16-da Bakıda Azərbaycan millisinə qarşı keçirəcək.
Heybət
-
MDB11:55Zelenskinin dostunu Rusiya bu yola vadar edib: Kiyevdən sensasion iddia
-
Nida Xəbər 11:30Ramiz Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari - Yaxın günlərdə…
-
Dünya11:00Türkiyə şəhidləri ilə vidalaşır - VİDEO
-
Elm və təhsil10:18Ekspertdən sərt irad: “Təhsil çökür, onları şagird yox, maaş düşündürür"
-
Region09:48İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada - FOTO
-
İdman09:30"Qarabağ"a daha bir şad xəbər: "Napoli"nin bombardiri sıradan çıxdı
-
ABŞ07:30Saxta peyğəmbər "şeytan" adlandırdığı qadını YANDIRDI
-
İdman06:46Messinin 10 yaşlı oğlu hər kəsi heyran edir - VİDEO
























.jpg)







.jpg)



