Millimiz sökə-sökə gedir
Bizi izləyin

İdman

Millimiz sökə-sökə gedir

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnir davam edir.

Publika.az xəbər verir ki, 1997-1998-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığmaların yarışında millimiz iki oyun keçirib.

İlk turda Yaponiya millisini minimal hesabla məğlub edən (1:0) Nikolay Adamın yetirmələri dünən Rusiya-2 komandası ilə qarşılaşıb. Oyun komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da millimiz növbəti mərhələyə vəsiqəni təmin edib.

Sankt-Peterburq

Valentin Qranatkin turniri

F qrupu, II tur

3 yanvar

Yaponiya - Azərbaycan 0:1

Elnur Cəfərov, 7.

4 yanvar

Azərbaycan - Rusiya (II) 4:2

İlkin Sadıqov, 36; 59. Elnur Cəfərov, 50. Mahir Mədətov, 75 - Artyom Qaladjan, 14.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm