UEFA-dan “Fənərbağça”ya ağır cəza
Bizi izləyin

İdman

UEFA-dan “Fənərbağça”ya ağır cəza

UEFA Nəzarət, Etika və İntizam Komitəsi Avropa Liqasının “Viktoriya Plzen” - “Fənərbağça” oyunu (0:0) ilə bağlı qərar verib.

Publika.az xəbər verir ki, İstanbul klubuna görüş vaxtı meydança və tribunadakı hadisələrə görə 78.500 avro cərimə tətbiq edilib. Bundan əlavə, klubun növbəti UEFA Avropa Liqası matçında səfər sektoruna bilet satışı qadağan olunub. Qadağa 2 il şərti olaraq qüvvədə olacaq və ilk səfər oyununda oxşar insident yaşanarsa, dərhal tətbiq ediləcək.

“Viktoriya Plzen”ə də sanksiya tətbiq edilib. UEFA çex azarkeşlərin irqi və ya ayrı-seçkilik xarakterli davranışlarına görə klubu 15 min avro cərimələyib. Eyni zamanda komandanın ev sahibi olduğu növbəti UEFA oyununda stadionun bir hissəsi qismən bağlanacaq.

Qeyd edək ki, Çexiya klubunun fanatları oyun zamanı üzərində "Türklərlə döyüşmək gərəkdir" yazılmış xoreoqrafiya açmışdılar. Bu da Türkiyə təmsilçisinin və azarkeşlərinin narazılığına səbəb olmuşdu.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm