“Qarabağ”ın “Napoli” ilə oyununu izləmək istəyənlərin nəzərinə - BİLETLƏR SATIŞA ÇIXARILIR
Bizi izləyin

İdman

“Qarabağ”ın “Napoli” ilə oyununu izləmək istəyənlərin nəzərinə - BİLETLƏR SATIŞA ÇIXARILIR

Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Napoli” - “Qarabağ” matçının qonaq biletləri satışa çıxarılır.

Publika.az xəbər verir ki, görüşü İtaliyada, Dieqo Armando Maradona stadionunda izləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər "iTicket.az" saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq. Biletlərin qiyməti 110 AZN təşkil edir.

Vauçerlər ilkin olaraq "iTicket.az"-dan əldə ediləcək. Oyun gününə qədər isə biletiniz sifariş zamanı göstərdiyiniz e-mail ünvanına "iTicket.az"-ın rəsmi e-maili vasitəsilə göndəriləcək. “Napoli” qonaq azarkeşlər üçün 26-cı sektorda 2480 yer ayırıb.

Qeyd edək ki, “Napoli” (İtaliya) - “Qarabağ”oyunu noyabrın 25-i Bakı vaxtı ilə 00:00-da, yerli vaxtla isə saat 21:00-da start götürəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm