İlin ilk məşqçi istefası: “Nəhənglərin qənimi postundan getdi”
Bizi izləyin

İdman

İlin ilk məşqçi istefası: “Nəhənglərin qənimi postundan getdi”

Türkiyə Superliqasında ilin ilk məşqçi istefası reallaşıb.

Publika.az xəbər verir ki, "Əskişəhərspor"un baş məşqçisi Ərtuğrul Sağlam klubla yollarını ayırıb.

Superliqanın 16-cı turunda doğma meydanda "Qaziantepspor"a məğlubiyyətdən sonra (1:3) qərarını açıqlayan mütəxəssis istefasına səbəb kimi komandasının son oyunlarda uğursuz çıxış etməsini göstərib:

"Son zamanlar uğursuz çıxış edirik. Bundan sonra nəyisə dəyişə bilmərəm. Artıq getmək vaxtıdı. Komandanı bu vəziyyətdən çıxara bilmədim, üzr istəyirəm".

“Əskişəhərspor”a 2013-cü ilin yayında gələn Sağlamın rəhbərliyi altında ötən mövsüm 12-pilləni tutan komandanın cari mövsümdə işləri heç də qaydasında getmir.

16 turdan sonra 16 xalla 13-cü pillədə qərarlaşan “Anadolu ulduzu” əsasən ortabab və zəif rəqiblərlə oyunlarda xeyli xal itirib. Əvəzində Superliqanın nəhənglərinə qarşı daha uğurlu nəticələr əldə edib. “Qalatasaray” (0:0), “Beşiktaş” (1:1) və “Fənərbaxça”yla (2:2) qarşılaşmalarda uduzmayan “Es-Es” bundan əvvəlki turda “Trabzonspor”u darmadağın etmişdi. Özü də bütün bu nəticələr səfər oyunlarında qeydə alınmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm