Əmisi qalmaqallı prezidenti yumurta atəşinə tutdu - VİDEO
Bizi izləyin

İdman

Əmisi qalmaqallı prezidenti yumurta atəşinə tutdu - VİDEO

İspaniya Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Luis Rubiales “Rubialesi öldürmək” adlı kitabının təqdimatı zamanı xoşagəlməz vəziyyətlə üzləşib.

Publika.az xəbər verir ki, təqdimat zamanı zalda olan şəxslərdən biri qəfil olaraq sabiq funksionerə toyuq yumurtaları atmağa başlayıb. Hadisəni törədən şəxs oradakıların müdaxiləsi ilə dərhal zərərsizləşdirilib. Rubiales də hücuma cavab verməyə hazır olub.

Ona yumurta atan adamın onun doğma əmisi olduğu məlum olub.

“Bu, mənim əmim idi. Onun adı Luis Ruben, təxminən mənimlə eyni yaşdadır. O, tam normal insan deyil. İndi biz onunla bağlı ciddi tədbirlər görməli olacağıq, çünki o, silahlı da ola bilərdi. Zalda hamilə qadın və uşaqların olduğunu gördüm, onlar zərər görə bilərdilər. Hər şey daha pis nəticələnə bilərdi”, – deyə RFEF-in sabiq prezidenti bildirib.

Xatırladaq ki, Rubiales 2023-cü il dünya çempionatının finalından sonra qadınlardan ibarət İspaniya millisinin futbolçusu Cenifer Ermosonu onun razılığı olmadan dodaqdan öpdüyünə görə seksual qalmaqal fonunda futboldan uzaqlaşdırılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm