İdman
Əfsanəvi Qran Pri Formula 1 təqviminə qayıdır?
2028-ci ildə Formula-1 təqviminə daha bir Qran-pri əlavə oluna bilər.
Publika.az xəbər verir ki, “kral yarışları” 1998-ci ildən sonra ilk dəfə Argentinaya qayıtmağa yaxındır. Bu barədə jurnalist Co Seyvud özünün Joeblogsf1 bloqunda məlumat verib.
Bildirilib ki, Buenos-Ayres artıq Avtodromun yenilənməsi üzrə layihəni hazırlayıb və işlərə 110 milyon dollar ayırıb. Plan belədir ki, əvvəlcə 2027-ci ildə bu trasda MotoGP yarışları keçiriləcək, 2028-ci ildə isə burada Formula-1 mərhələsi baş tuta bilər.
Ayın sonunda avtodrom yenidənqurma üçün bağlanacaq. Köhnə bokslar söküləcək, yeni obyektlər tikiləcək. Layihəni Formula-1-in bir çox traslarının memarı Herman Tilke həyata keçirir.
Xatırladaq ki, Argentina Qran-prisi 1953–1998-ci illərdə Buenos-Ayresdə Xuan və Oskar Qalveslərin adını daşıyan trasda təşkil olunub.
-
İdman20:36Əmisi qalmaqallı prezidenti yumurta atəşinə tutdu - VİDEO
-
Avropa20:00Atəş səsləri eşidildi və... - Paris metrosunda nə baş verir?
-
Sosial18:40Bu zəngləri cavablandıranların bank kartlarından pul oğurlanır? - DİN-dən AÇIQLAMA
-
Kriminal18:20Həbsdə olan müğənniyə yeni ittiham irəli sürüldü
-
Sosial17:54Altay Göyüşov Baş Prokurorluğa çağırıldı
-
Rəsmi xronika16:58Rusiyanın bu hücumu qəbuledilməzdir - İlham Əliyev
-
Dünya16:42Zelenski Saakaşvilini Gürcüstana göndərdi ki... - Tbilisidən sensasion iddia
-
Nida Xəbər 15:57Azərbaycan Rusiyaya nota verdi








.jpg)




.jpg)










.png)








.jpg)



