İdman
“Arsenal”ın qapıçısı duşda siqaret çəkərkən tutuldu
“Arsenal”ın İngiltərə Premyer Liqasının son turunda “Sautqempton”a məğlubiyyəti (0:2) deyəsən hamıdan çox qapıçı Voytsex Şçesnını məyus edib. Belə olmasaydı, o, dərdini siqaretlə bölüşməzdi.
Publika.az xəbər verir ki, “Müqəddəslər”lə oyundan sonra duşda yuyunarkən siqaret tüstülədən polyak qolkiper “Arsenal”dakı karyerasını təhlükə altına salıb. 20-ci tura təsadüf edən həmin qarşılaşmada “Sautqempton” hər iki qolu məhz Şçesnının səhvindən sonra vurub.
Bu xəbər dərhal mətbuata yayılmasa da, qapıçı növbəti oyunda əsas heyətdə görünmədi. Onun yerini David Ospina tutdu. Düzdür, əvvəlcədən də baş məşqçi Arsen Venger kubok oyunlarında kolumbiyalıya güvənəciyini bildirmişdi. Amma deyəsən bundan sonra Premyer Liqada da fransız mütəxəssis Ospinaya güvənəcək.
“Topçular”ın sabiq futbolçusu Yon Yensen “Sautqempton”a məğlubiyyətdən sonra paltardəyişmə otağında Şçesnıyla Venger arasında insident yaşandığını deyib. Polyak qolkiperin cəzalandırıldığı məlum olsa da, münaqişənin səbəbi bu gün üzə çıxıb.
“Mirror” qəzetinə sızan xəbərə görə, cəriməyə Şçesnının duşda siqaret çəkməsi səbəb olub. Bunu qəbulolunmaz sayan Venger hiddətlənib. 20 min funt cərimə olunan Voytsexin növbəti turda “Stok Siti”yə qarşı da oynamayacağı iddia olunur. Hətta bundan sonra onun bir də “Arsenal” formasıyla meydana çıxmayacağı da deyilir.
Maraqlıdır ki, “Topçular”ın mətbuat xidməti bu insidenti şərh etməkdən boyun qaçırıb.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO