Fəxri prezident “Liverpul”u ələ saldı: 500 milyon xərcləyiblər, amma…
Bizi izləyin

İdman

Fəxri prezident “Liverpul”u ələ saldı: 500 milyon xərcləyiblər, amma…

“Bavariya”nın fəxri prezidenti Uli Heness “Liverpul”un transfer siyasətini tənqid edib.

Publika.az xəbər verir ki, tanınmış funksioner İngiltərə nəhənginin ünvanına bu sözləri deyib:

“Onlar 500 milyon avro xərcləyiblər, amma fəlakətli mövsüm keçirirlər. Mənim fikrimcə, bu, komandada yalnız superulduzların toplanması ilə bağlıdır. Orada yalnız liderlər var, adi oyunçu yoxdur.

Mən həmişə zarafat edirəm ki, tezliklə “Liverpul” beş top ilə oynayacaq, çünki ulduzlar topu bölüşmək istəmir. Baxın, kasıb Floryan Virts demək olar ki, topa toxuna bilmir, çünki Salah, Soboslay və digərləri topu yalnız özləri saxlamaq istəyirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm