Prosineçki: “Qızlarım Bakı məktəblərindən birində təhsil alacaqlar”
Bizi izləyin

İdman

Prosineçki: “Qızlarım Bakı məktəblərindən birində təhsil alacaqlar”

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki UEFA-nın rəsmi saytına danışıb.

Publika.az xəbər verir ki, xorvat çalışdırıcı millimizin futbolçularının psixoloji vəziyyətlərinin qaydasında olmadığını bildirib:

"Təəssüf ki, Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində ilk dörd oyundan sonra xal qazana bilməyib. Buna görə də futbolçular psixoloji cəhətdən yaxşı vəziyyətdə deyil. İndiki məqamda əsas vəzifəmiz bu çatışmazlığı aradan qaldırmaqdı. Futbolçuları ruhlandırmaq lazımdır, onlar özlərinə inanmalıdırlar.

Turnir cədvəlində bacardıqca yuxarı qalxmalıyıq. Düzdür, bunun öhdəsindən gəlmək heç də asan olmayacaq. Azərbaycanda potensiallı gənc oyunçular var. Baş məşqçi təyin edildikdən sonra bir çoxunun oyununu izləmişəm. Diqqətimi cəlb edənlər az deyil. Onlara inamım böyükdür. İddialı rəqiblərlə mübarizə aparmağı bacaran komanda formalaşdırmalıyıq".

Bakıdan ağızdolusu danışan Prosineçki qızlarının Bakıda təhsil alacağını da vurğulayıb:

“Azərbaycan və paytaxt Bakı şəhəri çox xoşuma gəldi. Böyükhəcmli investisiyalar öz bəhrəsini verməkdədir. Mənim bu ölkəyə münasibətimi bilmək istəyirsinizsə, ailəmi də özümlə gətirmişəm. Qızlarım Bakı məktəblərindən birində təhsil alacaqlar. Burada yaxşı yaşamaq üçün hər cür şərait var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm