Reytinq siyahısına dünya çempionumuz başçılıq edir
Bizi izləyin

İdman

Reytinq siyahısına dünya çempionumuz başçılıq edir

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2014-cü ilin yekunlarına görə, sərbəst güləş üzrə yeni ilin ilk reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerini tutub.

Ən yüksək göstərici dünya çempionu Hacı Əliyevə (61 kq) məxsusdur. Daşkənddə öz çəkisində bütün rəqiblərindən üstün olan Hacı Əliyev reytinqdə də ilk sırada qərarlaşıb. Dünya çempionatının gümüş mükafatını qazanan Xetaq Qazyumov (97 kq) isə reytinqdə ikincidir.

57 kq
9-cu yer. Əhmədnəbi Qvarzatilov - Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (9)

61 kq
1-ci yer. Hacı Əliyev - DÇ 1-ci yer (1)

65 kq
15-ci yer. Məhəmməd Müslümov - Millətlərarası Kubok 2-ci yer (18)

70 kq
9-cu yer. Ruslan Dibirhacıyev - AÇ 1-ci yer (7)

74 kq
9-cu yer. Cəbrayıl Həsənov - R.Kadırov Kuboku 3-cü yer (9)
11-ci yer. Əşrəf Əliyev - DÇ 8-ci yer (11)

86 kq
7-ci yer. Həmzət Osmanov - DÇ 5-ci yer (6)

97 kq
2-ci yer. Xetaq Qazyumov - DÇ 2-ci yer (2)
10-cu yer. Şərif Şərifov - Ə.Əliyev turniri 2-ci yer (11)

125 kq
11-ci yer. Əli İsayev - Ə.Əliyev turniri 1-ci yer (10)
13-cü yer. Aslan Dzebişov - Qızıl Qran Pri Final mərhələsi 3-cü yer (12)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm