“Atletiko” “Real”ı “qapazaltı” edib
Bizi izləyin

İdman

“Atletiko” “Real”ı “qapazaltı” edib

Dünən İspaniya kubokunun 1/8 final mərhələsində ilk oyunlar keçirilib.

Publika.az xəbər verir ki, bu mərhələdə ən diqqətçəkən qarşılaşma Madriddə oynanılıb. “Atletiko” ilk matçda “Real”dan üstün olub (2:0).

Ötən il bu komandalar “Kral kuboku”nun yarımfinalında üz-üzə gəlmişdi. Bu dəfə isə kor püşk onları bir az da erkən qarşılaşdırdı. Oyun ərəfəsində komandalardakı əhval-ruhiyyə də fərqli idi. “Atletiko” La Liqada qələbə qazanmışdısa, “Real” “Mestalya”da “Valensiya”ya məğlub olmuşdu.

Bundan başqa, evinə dönən Fernando Torresin start heyətində olacağı xəbəri də azarkeşlərin oyuna marağını artırmışdı. Dieqo Simeone sözünün üstündə durdu və “Körpə”ni ilk dəqiqələrdən meydana buraxdı. Amma ümumilikdə hər iki komanda optimal heyətlə oynamadı.

“Atletiko” ardıcıl üçüncü dəfə Madrid derbisindən qələbəylə ayrlmağı bacardı. “Hindular” cavab oyunua daha rahat çıxacaq.

İspaniya kuboku, 1/8 final

6 yanvar

Selta - Atletik 2:4

Lopez, 11. Çarles, 55 - San Xose, 5. Aduris, 16; 87-p. Susaeta, 61.

Malaqa - Levante 2:0

Xuanpi, 16. Horta, 78.

7 yanvar

Vilyarreal - Real Sosyedad 1:0

Çerişev, 72.

Atletiko - Real 2:0

Raul Qarsiya, 58-p. Ximenes, 76.

Almeriya - Xetafe 1:1

Versa, 59-p - Versa, 21-a/q.

Valensiya - Espanyol 2:1

Qaya, 11. Neqredo, 86-p - Stuani, 60.

“Qranada” - “Sevilya” və “Barselona” - “Elçe” oyunları bu gün keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm