Dünya çempionlarımız mövqeyini qorudu
Bizi izləyin

İdman

Dünya çempionlarımız mövqeyini qorudu

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) qadın güləşi üzrə yeni ilin ilk reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, siyahı 2014-cü ilin yekunları əsasında tərtib olunub.

Qadın güləşçilərin reytinq sıralamasına Azərbaycanın 4 güləşçisi də düşüb. 2014-cü il dünya çempionatının gümüş mükafatçısı Yuliya Ratkeviç (60 kq) və bürünc medalçısı Mariya Stadnik (48 kq) reytinqdəki mövqelərini qoruyub. Güləşçilərimiz müvafiq olaraq, 2-ci və 4-cü sırada qərarlaşıb.

48 kq

4-cü yer. Mariya Stadnik - DÇ 3-cü yer (4)

58 kq

10-cu yer. İrina Netreba - AÇ 2-ci yer (13)

60 kq

2-ci yer. Yuliya Ratkeviç - DÇ 2-ci yer (2)

69 kq

13-cü yer. Nadya Sementsova - Almaniya Qran Pri turniri 3-cü yer (13)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışdakı nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm