“İnter”in futbolçusu 4 oyunluq cəzalandı
Bizi izləyin

İdman

“İnter”in futbolçusu 4 oyunluq cəzalandı

Milan “İnter”i aparıcı futbolçularından birini itirib.

Publika.az xəbər verir ki, mərkəz müdafiəçisi Juan Jesus A seriyasının növbəti 4 turunda komandasına kömək edə bilməyəcək.

Son turda “Yuventus”la qarşılaşmada (1:1) sarı vərəqə limitini aşan braziliyalı futbolçu “Cenoa”yla matçı onsuz da buraxacaqdı. Amma onun cəza müddəti bununla bitməyib.

A seriyasının Nizam-İntizam Komitəsi Jesusun cəzasını bir az da ağırlaşdırıb. Topsuz epizodda “İnter”in cərimə meydançası daxilində Corco Kyellinini vurduğu üçün Juanın diskvalifikasiyasına daha üç oyun əlavə edilib. Belədə 23 yaşlı müdafiəçi “Cenoa”, “Empoli”, “Torino” və “Sassuolo” ilə növbəti çempionat oyunlarını buraxacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm