Livanlı idmançı Olimpiya oyunlarına üst geyimi olmadan çıxdı - FOTO,Video
Bizi izləyin

İdman

Livanlı idmançı Olimpiya oyunlarına üst geyimi olmadan çıxdı - FOTO,Video

Livanlı idmançının Olimpiya oyunlarında üst geyimsiz şəkili (foto)

Soçi Qış Olimpiya oyunlarında Livan əsilli xizək sürənin üst geyimsiz şəkil çəkdirməsi internetdə yayıldıqdan sonra rəsmi Beyrutun tədqiqatlar aparmasına təkan verdi.

Ceki Çamonun əlində xizək ləvazimatını tutaraq sanki Livanın Faraya dağlarında poza verirmiş kimi kalendar üçün şəkil çəkdirib.

Bu həftə Livan televiziyasında video yayımlandıqdan sonra kütlə tərəfindən çoxsaylı şikayətlərə səbəb olub.

Çamon video və şəkillərə görə üzr istəyib.

Xatırladaq ki, Livan ərəb ölkələri arasında liberallığı ilə seçilir belə ki, burada qadınlar geyimdə azaddır və spirtli içkilər qadağan deyil.

Lakin cəmiyyət Qərb standartlarına qarşı mühafizəkardır və Çamonun şəkilləri ajiotaj yaradıb.

22 yaşlı Çamon xizək yarışları üzrə ikinci dəfədir ki Qış Olimpiya oyunlarında Livanı təmsil edir.

Tənqidlərə baxmayaraq bir sıra azarkeşlər onun bu hərəkətini dəstəkləyib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm