“Ayılar”a bal kimi təklif: 30 milyon dollar
Bizi izləyin

İdman

“Ayılar”a bal kimi təklif: 30 milyon dollar

Şotlandiya futbolunun iki böyük klubundan biri sayılan “Reyncers” hazırda əvvəlki günlərindən uzaq olsa da, deyəsən, səhvlərindən nəticə çıxarıb.

Publika.az xəbər verir ki, 2012-ci ildə maliyyə problemləri üzündən 4-cü diviziyaya yuvarlanan Qlazqo təmsilçisi hazırda Şotlandiyanın səviyyəcə ikinci diviziyasında mübarizə aparır. Elitaya qayıtmağı hədəfləyən 54 qat ölkə çempionu artıq yenidən biznesmenlərin maraq dairəsinə düşüb.

ABŞ-ın “Finiks Sanz” basketbol klubunun sahibi Robert Sarver “Reyncers” rəhbərliyinə klubun sınaq səhmlərini almaq üçün 30 milyon dollar təklif edib. Daha doğrusu, amerikalı iş adamı əvvəlki təklifini bir az da yaxşılaşdırıb.

Əvvəlcə bu məbləğdən 3 milyon az təklif edən Sarver “yox” cavabıyla üzləşmişdi. İndi isə basketbol klubunun sahibi, 30 milyon dollardan başqa, 10 milyon dollar məbləğində kredit də vəd edib. Bundan sonra Şotlandiya klubunun rəhbərliyi təklif üzərində müzakirə aparacaqlarını bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm